İŞİD 32 Təhlükəsizlik və Polis işçisini edam etdi
28.02.2015 723 0
IŞİD terror təşkilatı İraqın Ənbar vilayətinin əl-Bağdadi hissəsində, polis və xüsusi "sahv" güclərinə mənsub 32 nəfəri öldürdüyü açıqlayıb. Təhlükəsizlik qaynaqlarından alınan məlumata görə, İŞİD döyüşçüləri səhər saatlarında, əvvəllər girov götürdükləri polis və sahv güclərindən 32 nəfəri Bağdadi şəhərinə bağlı Vaddahiyə kəndində xalqın gözü qarşısında güllələyib.
Məlumata görə, terrorçular öldürdükləri polis və Sünni tayfa üzvlərindən ibarət olan, mərkəzi rəhbərliyə bağlı sahv mənsublarının meyitlərini xalqın dəfn etməsinə icazə vermədiyi bəyan ediblər.
Digər tərəfdən yayılan məlumatlarda , IŞİD-in sözügedən İraqın Bağdadi nahiyəsinə həyata keçirdiyi hava hücumunda ölən və yaralanların olduğu açıqlanır.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər