İŞİD 300 fəhləni qaçırdı
08.04.2016 431 0.0 0

Suriyanın paytaxtı Dəməşqin şərq hissəsində fəaliyyət göstərən sement fabrikinə İŞİD terror qruplaşmasının hücumundan sonra burda işləyən 250 fəhlə yoxa çıxıb. Məlumata görə, yerli sakinlər bölgədə çalışan xarici jurnalistlərə qohumlarının İŞİD tərəfindən qaçırılması ehtimalına görə qayğılandıqlarını bildiriblər.   

“Qohumlarımızın işlədiyi sement fabrikinə İŞİD qruplaşmasının hücumundan sonra onları tapa bilmirik. Harada olduqlarını da bilmirik.” – deyə sakinlərdən biri bildirib.

Suriya İnsan Hüquqları Müşahidə Missiyası (SOHR) isə həmin fabrikdə işləyən onlarla fəhlənin İŞİD tərəfindən qaçırıldığını və qeyri-müəyyən bir yerdə saxlanıldıqlarını açıqlayıb. Sement fabrikinin rəhbərliyi də 250 fəhlə ilə əlaqə yarada bilmədiklərini deyib. 

Suriya dövlət telekanalı isə İŞİD terrorçularının 300 fəhləni qaçırdığını açıqlayıb.

“Əl-Badiyə” sement fabriki Dəməşqə 50 km məsafədəki Dümeyr qəsəbəsində yerləşir. Bölgə iki gün əvvəl İŞİD terrorçularının hücumuna məruz qalmışdı. SOHR isə rejimə aid hərbi aviasiyanın bölgədə həyata keçirdiyi bombardıman vaxtı 18 mülki vətəndaşın öldüyünü açıqlamışdı.

Yerli Təhlükəsizlik Xidməti əməkdaşları İŞİD-in bölgdəki İstilik Elektrik Stansiyası və Hava bazasını da ələ keçirməyə çalışdığını, amma müvəffəq ola bilmədiyini bildirib. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar