İŞİD 127 uşağı oğurladı
09.09.2015 514 0.0 0

İŞİD döyüşçüləri İraqın şimal hissəsində yerləşdirilmiş Mosul şəhərində 127 uşaq oğurlayıblar.

Məlumata görə, bu barədə xarici KİV-lər xəbər yayıb. Mosulda Kürd demokratik partiyasının rəhbəri Səid Mamuzininin sözlərinə əsasən, oğurlanmış uşaqları onlar üçün təşkil olunmuş xüsusi düşərgələrdə yerləşdirəcəklər. 

Uşaqları əsir götürərkən bir ata balasını qorumaq üçün silahlılarla mübarizə aparırıb və nəticədə iki terrorçunu öldürüb. Əsir götürülən uşaqların təxminən 11-15 yaş aralarında olduğu deyilir. 

İŞİD döyüşçüləri oğurlanan uşaqları xüsusi rejimdə saxlayacağını, silahla necə idarə etmək lazım olduğunu, terror aktlarını necə təşkil etmək kimi göstərişləri verəcəyini deyirlər.

Bu terroristlərin etdiyi ilk belə hal deyil. Bundan əvvəl də İŞİD silahlıları dəfələrlə uşaqları əsir götürərək, onlara xüsusi təlimlər keçib və döyüşlərdə iştirak etməyə məcbur ediblər. 

Ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və İŞİD silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan edib. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar