Qazeta.info Türkiyə mətbuatına istinadla bildirir ki, Terror təşkilatı İŞİD-in Tikritdən şərqindəki rubeyda kəndinə etdiyi hücum nəticəsində Əl-Abid və Əl-Mesar tayfalarından olan 120 gənci girov götürdüyü bildirilir.
İraq təhlükəsizlik qüvvələrinə , girov götürülən vətəndaşların IŞİD-in əlindən qurtarılması üçün dərhal müdaxilə etməyə çağırşılar edən yerli rəsmilər, IŞİD-in daha əvvəl də Əl-Bazar, Elbu Nemr və Elbu Fahd tayfalarından götürdüyü əsirlərə qətliyam etdiyi kimi yeni bir faciənin törədilməsindən narahat olduqlarını bildiriblər.
Bildirək ki, İraqda, İŞİD bağlı qruplaşmalarda olan silahlılar, keçən ilin 10 İyunda Mosul başda olmaqla bəzi bölgələri işğal edərək oranın idarə etməsini ələ keçirdikdən sonra həmin bölgə ətrafında stabillik pozulmuş və nəticədə şəhərlərdə qarşıdurmalar hələ də davam etməkdədir.