İşdən çıxarılan din xadimləri icma fəaliyyətini dayandırmayacaq
26.01.2022 530 0
Azərbaycanda məscidlərə təyin edilmiş din xadimi tutduğu vəzifədən azad edildikdə dini ibadət yerinin və ziyarətgahın dini icması öz fəaliyyətini dayandırmayacaq.
Məlumata görə, bu, "Dini etiqad azadlığı haqqında" qanunun 8-ci maddəsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.
Dəyişikliklə qanun 8-ci maddəsinin VII hissəsi ləğv edilir.
Qanunun hazırkı variantı isə belədir: "Dini ibadət yerinə və ziyarətgaha təyin edilmiş din xadimi tutduğu vəzifədən azad edildikdə, həmin vəzifəyə yeni din xadimi təyin olunanadək dini ibadət yerinin və ziyarətgahın dini icması öz dini fəaliyyətini dayandırır"./report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər