İsa peyğəmbər haqqında daha bir şok iddia
08.04.2015 738 0.0 0

İsrailli alimlərdən biri uzun araşdırmalardan sonra İsa peyğəmbərin oğlu olmasına dair iddialar irəli sürüb. 

Məlumata görə, israilli geoloq Are Şimron İsa peyğəmbərin evləndiyini, hətta bir oğlu olduğunu və ailəsi ilə birlikdə Qüdsdə basdırıldığını sübut edə biləcəyini deyib. Bu barədə “Focus” dərgisi xəbər yayıb. 

İsrailli elm adamı İsa peyğəmbərin Qüdsdəki Talpiot ailə qəbristanlığında basdırıldığını bəyan edərək, hətta bu iddianı bir sıra adamlara sübut etdiyini də dilə gətirib. 

Onun sözlərinə görə, qəbristanlıqda İsa peyğəmbərlə yanaşı, Məryəm ana və oğlu Yahuda da basdırılıb. “Yakobus-Ossuar” adlanan sümük qutusu 13 il əvvəl tapılsa da bunun saxta olub olmadığı sübut edilə bilməmişdi. 

Tapılan sümük qutularından birinin üzərində “İsanın qardaşı, Yusifin oğlu Yaqub” və digərində isə “İsanın oğlu Yahuda” yazılmışdı. Şimron bu iş üzərində çalışaraq yakobus sümük qutusundan aldığı sümük nümunələri ilə Talpiot qəbristanlığından çıxardığı nümunələri müqayisə edib və onların eyni olduğundan əminliyini bildirib. 

Xatırladaq ki, İsa peyğəmbərin ailə qəbri 1980-ci ildə üzə çıxarılıb və indiyədək saxta olub-olmadığı sübut edilməmişdi.

Bundan başqa, ötən il ABŞ-ın Massaçusets, Kolumbiya və Harvard universitetləri araşdırma nəticəsində İsa peyğəmbərin evləndiyini bəyan etmişdi.

 

Bir il əvvəl tapılmış İsa peyğəmbərlə əlaqəsi olan papirusun gerçək olması istiqamətində şübhələr mövcud idi. 

xəbərinə görə, bir il əvvəl tapılmış papirusu araşdıran ABŞ-ın Massaçusets, Kolumbiya və Harvard universitetləri araşdırma nəticəsində papirusun həqiqi olduğunu sübuta yetiriblər. 

Papirusun məzmunu elmi jurnallarndan birində yayımlanıb. 4 santimetr enə, 8 santimetr uzunluğa malik sənədin bir hissəsində "İsa onlara “Mənim yoldaşım” dedi" ifadələri yer alıb. Bu sözlərdən sonra İsaya aid olduğu iddia edilən "O mənim şagirdim ola bilər" sözləri də var. 

Mətndə istifadə edilən mürəkkəb, yazı stili, Kıpti dili araşdırılıb və sənədin gerçək olduğu aydın olub. 

Radiokarbon analizi isə papirusun II əsrə və ya buna yaxın bir dövrə aid olduğunu göstərib./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar