İş axtaranlara yeni imkan
19.08.2015 808 0.0 0

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti (DMX) avqustun 20-də Oğuz rayonunda (Oğuz rayon Məşğulluq Mərkəzinin inzibati binası), avqustun 21-də isə Hacıqabul rayonunda (Hacıqabul rayon Mədəniyyət Evi) Əmək yarmarkaları təşkil edəcək. 
   Qazeta.info ƏƏSMN-nin məlumatına əsasən bildirir ki, əmək yarmarkalarına hazırlıq işləri çərçivəsində həmin rayonlardakı müəssisələrdən boş (vakant) iş yerləri barədə məlumatların toplanması işləri aparılır. İlkin məlumata əsasən, Oğuz rayonunda 30 müəssisə üzrə 180, Hacıqabul rayonunda isə 33 müəssisə üzrə 130-dan çox boş iş yerinin işsiz və işaxtaran vətəndaşlara təqdim edilməsi nəzərdə tutulur. Tədbirlər zamanı peşə hazırlığı və əlavə təhsil kurslarına, haqqı ödənilən ictimai işlərə cəlb olunmaq istəyən şəxslərin qeydiyyatı da aparılacaq. 
   Cari ilin ötən dövründə Xidmət tərəfindən respublikamızın 19 rayonunda keçirilən Əmək yarmarkalarında ümumilikdə 1330 nəfərə boş iş yerlərinə göndəriş verilib, 120 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına, 31 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunmaq üçün qeydiyyata alınıb. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar