İraqdan şok Türkiyə qərarı
06.10.2016 780 0.0 0

İraq Türkiyənin Başika hərbi düşərgəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili toplantısını çağırıb.

 

Məlumata görə, İraq dövlət televiziyasında yayılan açıqlamada Xarici İşlər Nazirliyi türk əsgərinin bu ölkədə fəaliyyətini “qanunsuz” adlandırıb.

 

Xatırladaq ki, ötən gün İraq parlamenti Başikadakı Türkiyə qüvvələrini “işğalçı” adlandırmışdı.

 

Başika hərbi bazasında sünni Haşd əl Vətəni və püşmərgə qüvvələrinə təlim keçirilir. Bazada Türkiyə Silahlı Qüvvələrinin 500-ə yaxın hərbçisi var./axar.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar