İraqın hökumət qüvvələri, Salah-ed-Din vilayətində, Tuz-Hurmatu ərazisində daha əvvəllər mövcud olmamış "Rayət-əl-Beydə" ("Ağ bayraqlar") adlı terrorçu qrupunu təqib edir.
Məlumata görə, bu barədə TASS xəbər verib.
Yerli mətbuatın məlumatına görə, silahlılar hökumət ordusunun tərəfində vuruşan "Əl-Həşd əş-Şəabi" şiə qruplaşmalarının postlarına bu yerdə dəfələrlə hücumlar ediblər. Bununla əlaqədar olaraq Bağdaddan şimaldakı ərazinin müdafiəsinin gücləndirilməsi barədə qərar qəbul edilib.
Ehtimal edilir ki, terrorçular İraqa Suriyadan daxil olublar.
Qeyd edilir ki, qruplaşmanın bütün döyüşçüləri yaxşı təlim keçiblər və döyüş təcrübəsinə malikdirlər. "Rayət-əl-Beydə"nin üzvlərinin sayı 500 nəfərdir.
Silahlıların əksəriyyətini kürdlər təşkil edirlər. Lakin qruplaşma üzvləri arasında İŞİD qruplaşması sıralarda vuruşmuş keçmiş ərəb muzdluları da var. /Report/