İraqda terrorçulara ağır zərbə
31.05.2016 543 0
İraqın Əl-Fəlluca şəhərinin azad edilməsində iştirak edən təhlükəsizlik qüvvələrinə hücum edən terrorçu İŞİD qruplaşmasının 75 silahlısı öldürülüb.
TASS-a istinadən xəbər verilir ki, bunu antiterror əməliyyatının komandanı Abdül Vahhav əs-Səid bildirib.
"İŞİD qruplaşması bu gün təhlükəsizlik qüvvələrinə hücum etməyə cəhd göstərdi. Qruplaşmanın yüzə yaxın silahlısı Əl-Fəllucanın Ən-Nuaymiya rayonun cənubuna doğru hərəkət edib. Hərbi Hava Qüvvələrinin havadan dəstəyi nəticəsində 75 terrorçu zərərsizləşdirilib", - deyə komandan vurğulayıb.
Qeyd edək ki, Əl-Fəllucanın terrorçu İŞİD qruplaşmasından təmizlənməsi istiqamətində mayın 30-da başlayan irimiqyaslı əməliyyat davam edir. /report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər