İraqda İŞİD liderlərindən biri öldürülüb
03.07.2016 637 0
Iraqın Anbar əyalətində ordu birləşmələrinə komandanlıq edən İsmayıl əl Məhləüi Əl-Xalidiyə rayonunda İŞİD liderlərindən birinin öldürüldüyünü bildirib.
“Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Al Sumaria” telekanalı məlumat yayıb.
“Ordunun onuncu briqadasının hərbçiləri beynəlxalq koalisiya aviasiyasının köməyi ilə Əl-Xalidiyə rayonunda İŞİD liderlərindən biri olan Əbu Səfh Əl-Libi daxil olmaqla 10 silahlını məhv etmək mümkün olub.
Əl-Xalidiyə rayonunun terrorçulardan təmizlənməsi istiqamətində əməliyyat davam etdirilir./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər