İraqda hərbi konvoya hücum olub, 70 əsgər ölüb
17.10.2016 639 0.0 0

 İraqın Mosul şəhəri yaxınlığında terrorçu-kamikadze hərbi konvoya hücum edib.
 
RİA Novosti agentliyinə istinadən verilən məlumata görə, hadisə Bilavet kəndinin ərazisində baş verib.
 
Məlumata görə, terrorçu-kamikadze  zirehli avtomobillər yoldan keçərkən özünü partladıb. İnsident nəticəsində 70-ə yaxın İraq ordusunun hərbçisi həlak olub. Hücumun İŞİD tərəfindən təşkil olunduğu bildirilir.
 
Xatıraladaq ki, İraqda Mosul şəhərinin terrorçulardan azad edilməsi üzrə əməliyyat başlanıb. İŞİD-ə qarşı quru əməliyyatda 60 min hərbçinin iştirakı nəzərdə tutulub. İraqın sayca ikinci ən iri şəhəri olan Mosul 2014-cü ilin iyunundan etibarən İŞİD silahlılarının nəzarəti altındadır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar