İraqın paytaxtı Bağdadda növbəti - 3-cü terror aktı baş verib. ans press-in məlumatına görə, hadisə paytaxtın Sədr rayonunda qeydə alınıb. Terror aktı nəticəsində 19 nəfər həlak olub, 15 nəfər isə yaralanıb. Günün 3-cü faciəsinin yaşandığı Bağdadda ümumilikdə 63 nəfər həlak olub.
***18:06***
İraqda ard-arda törədilən iki terror hadisəsində 44 nəfər ölüb, 90 nəfər yaralanıb. ans press-in məlumatına görə, kamikadzenin özünü İraqın şimalındakı Şaab şəhərində bazar yaxınlığında partlatması nəticəsində 38 nəfər ölüb.
Digər partlayış isə Al Raşid bölgəsində bomba yüklənmiş maşının partladılması nəticəsində baş verib. Bu qanlı hadisə zamanı isə 6 nəfər ölüb 22 nəfər yaralanıb.
Şaabdakı hadisəyə görə məsuliyyəti İŞİD silahlı qruplaşması öz üzərinə götürüb.
Bağdad - hadisə baş verən ərazi
Son zamanlar İraqda, demək olar ki, hər gün terror hadisələri baş verir. Sonuncu belə hadisə mayın 15-də qeydə alınıb. Bağdadda terrorçu-kamikadzelərin məişət qazı istehsal olunan zavoda hücumu nəticəsində 18 nəfər həlak olub, 21 nəfər yaralanıb. 6 kamikadzenin olduğu avtomobil zavodun həyətinə girib və zavodun binasına daxil olmağa cəhd edib, lakin təhlükəsizlik qüvvələri ilə toqquşub. Polis qeyd edir ki, hadisə zamanı 3 qaz anbarı yanıb.