İranlı nazir Avropa liderini yerində oturtdu (FOTO)
10.07.2015 859 0.0 0

Avstryanın paytaxtı Vyanada Avropanın və bölgənin gələcəyini yaxından maraqlandıran İranla "Altılıq" ölkələri arasında nüvə müzakirələri zamanı gərginlik yaşanıb.

Məlumatına görə, dünyanın aparıcı ölkələrinin İranla oturduqları anlaşma masasında liderlər səslərini qaldırmalı olublar.

"Altılıq" ölkələri - ABŞ. Fransa, İngiltərə, Rusiya, Çin və sonradan qrupa daxil olan Almaniyanın İranla apardığı nüvə müzakirələrinin əslində iyunun 30-a qədər razılıqla başa çatmalı idi. Razılıq əldə olunmadığı üçün müzakirələrin müddəti iyulun 9-a kimi uzadılıb. Ancaq dünən axşam saatlarına qədər Vyanadan gözlənilən razılığın əldə olunması ilə bağlı xəbər gəlmədi.

 

Federika Moqherni və Cavad Zərif arasında gərginlik yaşanan an

 

 

Gərgin keçən müzakirələr zamanı iştirakçılar arasında mübahisə yaşanıb. Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqherni İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə yüksək səs tonu ilə danışıb.

"Müzakirələrdə heç bir nəticənin əldə olunmaması o deməkdir ki, biz sadəcə vaxt itiririk", - Federika Moqherni iranlı nazirə əsəbiləşib. Cavad Zərif isə avropalı ali nümayəndənin həmin dəqiqə cavabını verib: "Bizi təhdit etmə. Sən bir İranlını əsla təhdit edə bilməzsən".

Siyasətçilər arasında gərginlik yaşanarkən ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov həmin masada oturmuşdular.

Müzakirələrdən kadr

 

 

Kerrinin liderlik etdiyi ABŞ nümayəndə heyəti siyasətçilər arasındakı mübahisəni izləyərkən Lavrov müdaxilə eədərk hər iki tərəfə də sakit olmalarını məsələhət görüb. Digər bir iddiaya görə Lavrov "Əsla bir rusu təhdit etmə" deyərək zarafat edib.

Cavad Zərifin AB rəsmisi Moqheriniyə "Əsla bir iranlını təhdit etmə" sözləri ilə xəbərdarlıq etməsi İran mediasında geniş şəkildə işıqlandırılıb. İranlılar "#NeverThreatenAnIranian" (Əsla bir iranlını təhdit etmə) haştaqı ilə Twitter-dən minlərlə mesaj yayıblar.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama bəyan edib ki, nüvə müzakirələrinə dair İranla "Altılıq" ölkələri arasında aparılan danışıqlarda razılığın əldə olunması 50-nin 50-yədir. Con Kerri isə bildirib ki, Tehran nüvə proqramı ilə bağlı razılığın əldə olunması üçün “çətin qərarlar” qəbul etməkdə özündə güc tapmasa, “Altılıq” ölkələri İranla dialoqa son qoyacaq./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar