İranlı generalın öldürülməsi xəbəri neftin qiymətini bahalaşdırıb
03.01.2020 614 0.0 0

 

 

 

 

 

 

 

 

 

 

 

 

İraqda İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymaninin öldürülməsi xəbəri fonunda “qara qızıl”ın qiyməti bahalaşıb.

Bildirək ki, mart ayında tədarük olacaq “Brent” markalı neft fyuçerslərin qiyməti 2,76% yüksələrək 60,42 dollar/barelə çatıb.

Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin fevral ayı üçün fyuçerslərin qiyməti 2,75% qalxaraq 62,82 dollar/barelə bərabər olub./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar