"İran İslam Respublikası ilə "altılıq" ölkələri arasında nüvə razılaşmasına verdiyi dəstəyə görə Türkiyəyə təşəkkür edirik."
Qazeta.info ANS PRESS-in məlumatına əsasən bildirir ki, bunu İran Prezidenti Həsən Ruhani bildirib.
O, prezident Rəcəb Tayyip Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında söyləyib ki, təkbətək görüşlərdə Yəməndə baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparılıb.
"Bu ölkədə atəşkəsə nail olmaq, terror hadisələrinin qarşısının almaq hər iki ölkənin arzusudur. Biz bu barədə razılıq əldə etdik. İstəyirik ki, bölgəyə sülh, əmin-amanlıq gəlsin. Biz bölgə ölkələrinə diplomatik yardımlar göstərməklə, mühüm addımlar həyata keçirməklə Yəməndə mövcud problemlərin çözülməsinə nail olacağıq. Üçüncü ölkələrin aranı qarışdırmaq səylərinə yol verməməliyik", - deyə Həsən Ruhani vurğulayıb.
İran prezidentinin sözlərinə görə, Yəməndəki hadisələrin dayandırılması vacibdir.