İranla Türkiyə barışır
17.01.2016 559 0.0 0

İran və Türkiyə arasında münasibətlər yaxın zamanda yüksək səviyyəyə çatacaq. 

Məlumata görə, bu barədə türk saytları yazır. KİV-lərin məlumatına əsasən, növbəti həftələrdə İran xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahiyan Türkiyəyə gələcək. 

Görüşdə siyasi məsələlərin müzakirə olunacağı deyilir. 

 


Hüseyn Əmir Abdullahiyan - İran xarici işlər nazirinin müavini 


İran və Türkiyə arasında münasibətlər Rusiyaya məxsus Su-24 təyyarəsinin Türkiyənin F-16 qırıcı təyyarəsi tərəfindən vurulmasından sonra gərginləşib. Hadisəyə İran prezidenti Həsən Ruhani münasibət bildirərək, hər iki ölkəni soyuqqanlı olmağa çağırıb və Türkiyə rəhbərliyinə təyyarə və raketlərin oyuncaq olmadığını vurğulayıb. Bundan əlavə, Ruhaninin fikrincə, "Su-24" təyyarəsində həlak olan pilotun günahkarını da Türkiyə höküməti tapmalı və cəzalandırmalıdır. 

 


Türkiyə, İran


"Türkiyə tərəfi deyir ki, Rusiyaya məxsus təyyarələr sərhədi keçdiyi üçün vurulub. Lakin, bu, sadəcə bir ehtimaldır. Türkiyə bunu sübut etməlidir. Ümumiyyətlə, Yaxın Şərqdə xaos hökm sürür. Bu da müxtəlif təhlükələrə gətirib çıxarır", - deyə İran prezidenti qeyd edib.

 


Həsən Ruhani - İran prezidenti


Bundan başqa isə ötən il dekabrın 9-da İran Türkiyəyə qazın ixracını artırmaqdan imtina edib. Buna səbəb kimi yeni müqavilənin hazır olmadığını deyiblər. Bir müddət əvvəl "National Iranian Gas Company"nin beynəlxalq əlaqələr üzrə direktoru Azizolla Ramezani deyib: "Biz Türkiyəyə qaz ixracını artırmağa hazırıq, bunun üçün yeni qaz razılaşması hazırlamaq lazımdır".

 


Azizolla Ramezani - "National Iranian Gas Company"nin beynəlxalq əlaqələr üzrə direktoru./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar