«İranla «altılıq» ölkələri arasında aparılan nüvə razılaşmasına mane olacağıq»
26.03.2015 851 0
İsrail prezidenti Reuven Rivlin hökuməti qurmaq səlahiyyətini seçkilərdə qələbə qazanan “Likud” partiyasının lideri və baş nazir Binyamin Netanyahuya verib.
“Anadolu” agentliyinə istinadən verilən xəbərə görə, prezident R. Rivlin bu qərarını Qüdsdəki prezident iqamətgahında B. Netanyahu ilə keçirdiyi görüşdən sonra keçirdiyi mətbuat konfransında açıqlayıb.
B. Netanyahu isə öz növbəsində özünü bütün İsrail vətəndaşlarının baş naziri adlandırıb: “İsrailin baş naziri olduğum üçün fəxr edirəm. Hazırda hökumətin qarşısında iki məsələ dayanıb: təhlükəsizliyimizi gücləndirmək və rifah səviyyəmizi artırmaq. Biz eyni zamanda, İranla altılıq ölkələri arasında müzakirə olunan nüvə razılaşmasına da mane olmağa çalışacağıq”./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər