İranla Birləşmiş Ştatlar arasında yenə hərbi gərginlik yaranmaqda davam edir. Bu dəfə Amerikaya məxsus döyüş gəmisi İrana məxsus tətbiqat sahəsinə yaxınlaşib. Xəbərdarlıqdan sonra gəmilər geri çəkilib.
ANS TV-nin məlumatına görə, İran televiziyası xəbər verir ki, İran Dəniz Donanmasının Hörmüz boğazında genişmiqyaslı hərbi manevrləri zamanı Amerika Birləşmiş Ştatlarına məxsus döyüş gəmisi tətbiqat sahəsinə yaxınlaşıb.
İran Dəniz Qüvvələri Komandiri admiral Həbibullah Səyyarinin sözlərinə görə, xəbərdarlıqdan sonra gəmi bölgədən uzaqlaşdırılıb. İran televiziyası həmçinin hərbi təlimlər zamanı sualtı qayıqlarının yaxın məsafədən ABŞ aviadaşıyıcılarının şəklini çəkməsini də yayımlayıb.
Pilotsuz təyyarənin ABŞ aviadaşıyıcısının şəkilini çəkməsi 3 gün əvvəl İranın Hərbi-Dəniz Donanmasının Fars körfəzində “Vilayət 94” adlı hərbi təlimləri zamanı baş tutub.
Amerika tərəfi hələlik bu barədə şərh verməyib./anspress/