İranın xarici işlər naziri Türkiyəyə gedib
07.06.2017 752 0.0 0

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Ankaraya səfər edib.

Məlumata görə, səfər zamanı nazir türkiyəli həmkarı ilə Qətər böhranını və digər regional məsələləri müzakirə edəcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv və Mavrikiy də qoşulub./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar