İranın sabiq prezidenti dünyasını dəyişib
09.01.2017 688 0
İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncani ürək tutmasından sonra xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.
Bildirək ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
Rəfsəncani 1989-1997-ci illərdə İran prezidenti olub. Hazırda 82 yaşı olan sabiq prezident İranın ali dini lideri Əli Xameneyinin yanında müşavirə orqanına rəhbərlik edir.
Rəfsəncani prezidentliyi dövründə iki dəfə - 1990 və 1993-cü illərdə Azərbaycana səfər edib./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər