İranın Prezident Aparatının həyətində silahlı insident baş verib
05.02.2018 761 0.0 0

İranın Prezident Aparatının həyətində silahlı insident baş verib. 

 

Məlumata görə, Tehran əyalət başçısının təhlükəsizlik məsələləri üzrə müavini Möhsin Həmədani deyib ki, bir nəfər Prezident Aparatının yoxlama postlarını zorla keçməyə cəhd göstərib. Bu zaman təhlükəsizlik xidmətinin əməkdaşları xəbərdarlıq atəşi açıblar: “Nəticədə həmin şəxs yaralanıb və Aparatın həyətinə keçmək cəhdinin qarşısı alınıb”.

 

Xəstəxanaya çatdırılan şəxsin 35 yaşlı kişi olduğu bildirlir.

 

“Tasnim” Xəbər Agentliyi şahidlərə istinadən xəbər yaymışdı ki, Prezident Aparatının həyətində atışma baş verib. Atışmaya səbəb naməlum şəxsin kəsici alətlə posta hücum  etməsi olub.
 

Faktla bağlı araşdırma başlanıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar