İranın keçmiş prezidenti Mahmud Əhmədinejad saxlanılıb
07.01.2018 817 0.0 0

İranın sabiq prezidenti Mahmud Əhmədinejad ölkədə keçirilən hökumət əleyhinə aksiyalara dəstək verdiyi üçün saxlanılıb.

 

Məlumata görə, bu barədə "Al-Quds Al-Arabi" qəzeti Tehrandakı mənbəyə istinadən məlumat yayıb.

 

Qəzet yazıb ki, M. Əhmədinejad Şiraza səfəri zamanı İranın ali dini rəhbəri Əli Xamneyinin göstərişi ilə saxlanılıb. M. Əhmədinejad ötən cümə axşamı Buşəhrdə aksiyaçılar qarşısında çıxışında deyib ki, bəzi məmurlar insanların problemlərindən uzaqdır və cəmiyyətdəki real vəziyyət barədə məlumatsızdırlar. M. Əhmədinejad insanların hazırkı hakimiyyətdən narazı olduğunu, hakimiyyətin resursları inhisara aldığını vurğulayıb.

 

Rəsmi Tehran hələ məsələyə rəsmi şərh verməyib. 

 

İranın sabiq prezidenti Mahmud Əhmədinejadın vəkili Seyid Adil Heydəri isə İLNA  xəbər agentliyinə açıqlamasında  deyib ki, sabiq prezidentin həbsi ilə bağlı yayılan xəbərlər doğru deyil.Məlumata görə,  M.Əhmədinejadın sosial media hesabında müavini Həmid Bəqayi ilə bağlı İranın Məhkəmə Sisteminin işini tənqid edən videolar yayımlanıb./APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar