İranın Çin sahillərində üzən neft tankerində partlayış olub
11.01.2018 702 0
İrana məxsus neft tankeri Çin sahillərində yük gəmisi ilə toqquşub. Nəticədə gəmidə yanğınla nəticələnən partlayış baş verib.
Qazeta.info “Report”-a istinadla xəbər verir ki, bu barədə Çinin Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilir ki, partlayış yanvarın 10-da Panama bayrağı altında üzən və İran şirkətinə məxsus olan SANCHI tankerində baş verib. Hadisə yerində yanğının söndülüməsi işləri müvəqqəti olaraq dayandırılıb. Axtarış-xilasetmə gəmiləri təhlükəsiz məsafəyə çəkilib. Alovun söndürülməsi işləri gözlənilən nəticəni verməyib. Xilasedicilər tankerin itkin düşmüş heyət üzvlərinin axtarışlarını davam etdirir.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər