“ABŞ-a etibar edən optimistlər ABŞ-ın Suriya ordusuna aviazərbə endirməsindən nəticə çıxarmalıdır”.
“Fars’ agentliyinə istinadən verilən məlumata görə, bunu İranın ali dini lideri Ayətullah Xamneyinin məsləhətçisi Həddad Adel bildirib.
H. Adel deyib ki, amerikalılar heç vaxt verdikləri sözü pozmaqdan imtina etməyəcəklər: “ABŞ-ın Suriya ordusuna aviazərbə endirməsi terrorçulara dəstəkdir və ABŞ-ın barışıq planındakı gizli məqsədini göstərir”.
Qeyd edək ki, dünən ABŞ-ın rəhbərlik etdiyi anti-İŞİD koalisiyası Deyr-ez-Zor aerodromunda İŞİD terrorçularının mühasirəsində olan Suriya hərbi birliklərinin mövqelərinə 4 aviazərbə endirib. Nəticədə 62 hərbçi ölüb, 100 hərbçi yaralanıb. Rusiya ABŞ-ın bu addımını sərt formada qınayıb. ABŞ isə yanlışlıqla Suriya ordusunun mövqelərinə zərbə endirildiyini bəyan edib. /apa/