İrandan sərt reaksiya
26.03.2015 792 0.0 0

Yəmənda baş verən proseslər getdikcə böyüyür və Körfəz ölkələrini narahat etməyə başlayır. Belə ki, Səudiyyə Ərəbistanının və onun müttəfiqlərinin Yəməndəki husi qrupunun mövqelərinə havadan zərbələr endirməsi İranın kəskin etirazına səbəb olub.

Məlumata görə, İranın Xarici İşlər Nazirliyi bu gün Səudiyyə Ərəbistanının Yəmənə hərbi müdaxiləsini pisləyən bəyanat verib. Bildirilib ki, hərbi əməliyyatlar vəziyyəti daha da çətinləşdirəcək və münaqişənin sülh yolu ilə həllinin mümkünsüz edəcək: "Biz bunu təhlükəli addım adlandırırır və düşünürük ki, bu, ölkədə hərbi çevrilişi daha da gücləndirəcək."

Səudiyyə Ərəbistanı isə bildirib ki, məqsəd Yəmən presidenti Abd-Rabbu Mansour Hadinin qanuni hökumətini qorumaqdır.

ABŞ bəyan edib ki, Vaşinqton əməliyyatlarda birbaşa itirak etmir, Səudiyyə Ərəbistanına koordinasiya və kəşfiyyat məsələlərində kömək göstərir.

Hazırda paytaxt Sənada güclü partlayış səsləri eşidilir, dinc sakinlər arasında ölənlər var. Səudiyyə Ərəbistanı əməliyyata 100 qırıcı təyyarə,150 min əsgər və hərbi-dəniz qüvvələri cəlb edib. Əməliyyatı Küveyt, İordaniya, Qətər, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyin, Mərakeş və Sudan da dəstəkləyir.

Xatırladaq ki, İranın dəstəklədiyi husi yaraqlıları paytaxt Sənanı ələ keçirib və ölkənin prezidenti ölkənin cənubundakı Ədən şəhərinə sığınıb. Hazırda ölkənin bir sıra əyalətləri yaraqlıların nəzarətindədir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar