Tehran Suriya məsələsindә Moskva ilə hərbi ittifaqdan çıxdı; İranın qəfil qərarının pərdəarxasında hansı hədəflər durur, Kreml təklənir?..
İran özünün Suriyadakı say-seçmə (elit) hərbi qüvvələrini - İslam İnqilabı Keşikçiləri Korpusunun bölmələrini Rusiyanın başçılıq elədiyi hərbi ittifaqdan çıxarıb. Musavat.com-un məlumatına görə, belə bir sensasiyalı xəbəri nüfuzlu “Bloomberg” agentliyi yayıb.
Agentlik bu xüsusda iki ay öncə ABŞ prezidenti Barak Obamanın Suriyada Rusiya-İran döyüş əməkdaşlığını “iki ölkənin koalisiyası” adlandırmasını yada salaraq vurğulayıb ki, artıq indi bu “koalisiya” dağılmış hesab oluna bilər.
Tehranın Rusiya ilə hərbi ittifaqa son qoymasının səbəbi kimi İran qüvvələrinin Suriyada çox böyük itki verməsi göstərilir. Xəbərlərə görə, ABŞ kəşfiyyatında məlumat var ki, Hələb yaxınlığında İran ordusunun əfsanəvi generalı Kasem Süleymani yaralanıb, bəlkə də öldürülüb. Agentlik hadisələrin bu cür dönüşünü “sürpriz” kimi dəyərləndirib. /musavat.com/