İrandan Ərdoğana sərt cavab
27.03.2015 831 0.0 0

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İranı terrorçuluqda ittiham etməsinə rəsmi Tehranın cavabı sərt olub.

Məlumata görə, "Altılıq" ölkələri ilə nüvə müzakirələri aparan İranın xarici işlər naziri İsveçrənin Lozanna şəhərində Ərdoğanın ittihamlarına belə cavab verib: 

"Öz yanlış strategiyası və eqoist siyasətləri ilə böyük xəsarətlərə səbəb olan şəxslər yaxşı olar ki, məsuliyyətli şəkildə davranaraq, mövcud potensiallardan regionda sabitliyin bərqərar edilməsi və regional inteqrasiyanın inkişafı yolunda addım atsınlar". 

İranın xarici işlər naziri Tehranın müxtəlif sahələrdə Türkiyə ilə strateji əməkdaşlıqlara xüsusi önəm verdiklərini və qarşı tərəflə hörmət əsasında davrandığını vurğulayıb: "İran qardaş ölkələrlə birlikdə Yəməndə sabitlik və təhlükəsizliyin bərqərar edilməsi habelə, bu ölkənin birliyinin qorunması məqsədilə bütün yəmənli qruplar arasında dialoq və müzakirələrə şəraitin yaradılmasına kömək etməyə hazırdır". 

Qeyd edək ki, Ərdoğan verdiyi açıqlamasına İranın regional siyasətlərini dözülməz adlandırmaqla yanaşı Tehranın mövqeyini İŞİD terror qruplaşması ilə eyniləşdirib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar