İrandan mühüm qərar
14.03.2015 827 0.0 0

Qazeta.info Türkiyə mətbuatına istinadən bildirir ki,  İran Müdafiə Nazirliyi dənizdəki hədəflərə vurmaq üçün İranın elm adamları tərəfindən dizayn edilən və çıxarılan Qədr raketinin ardıcıl istehsalına başlandığını bəyan edib.

 

Müdafiə Nazirliyinin açıqlamasında artıq istehsal olunan raketlərdən müəyyən bir hissəsinin İnqilab Keşikçiləri ordusuna təslim edildiyini bildirib.

 

Qeyd edək  ki, Müdafiə naziri Hüseyn Dehkan, uzun mənzilli Qədr raketinin, alçaq hündürlükdə uçabilmə, elektron hərb təchizatlı, hədəfləmə və dağıdıcılıq gücünün yüksək xüsusiyyətlərdə olduğunu bildirib. Qədir raketinin test mərhələsində dənizdəki 300 kilometr uzaqlıqdakı hədəfləri yüksək dəqiqliklə və müvəffəqiyyətli şəkildə məhv etdiyini bildirən İranlı nazir, söz mövzusu raketin vertolyot və gəmidə də  istifadə oluna biləcəyini ifadə edib.

Dahaha sonra, İran Müdafiə naziri, ölkəsinin daxili imkanlarla müxtəlif tiplərdə raketlər istehsal edərək bölgədə bu istiqamətdə əsas söz sahibi olduğunu deyib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar