İrandan müdhiş əzələ nümayişi (VİDEO)
16.10.2015 635 0.0 0

İran İslam respublikasının dövlət telekanalı yeraltı tunellərdə yerləşdirilən skat raketlərinə aid görüntüləri nümayiş etdirib. Məlumata görə, İran iqilabı keşikçiləri korpusu ilk dəfə yerin 500 metr altında olan hərbi bazanın qapısını telekanalın üzünə açaraq öz hərbi gücünü dünya ictimaiyyətinə nümayiş etdirib. Hərbi bazanın harda yerləşməsi barədə isə məlumat verilməyib. 

 

İran inqilabı keşiçiləri korpusunun kosmik-aviasiya bölümünün komandiri olan briqada generalı Əmir Əli Hacızadə bu bazanın İranın hərbi gücünün bir nümunəsi olduğunu deyib. General həmçinin bu bazada olduğu kimi ölkənin bir çox yerində bu cür tunellər olduğunu vurğulayıb. 

 

Ağ ev çərşənbə axşamı günü verdiyi açıqlamada İranın böyük ehtimalla uzaq mənzilli raketlərin sınağında BMT-nin qərarlarını pozduğunu demişdi.

Ağ evin mətbuat sözçüsü Coş Ernest isə bildirib ki, İranla əldə olunan nüvə razılaşması ilə raket sınağı keçirərək BMT Təhlükəsizlik Şurası qərarlarının pozulması ayrı-ayrı dəyərləndirilməlidir. 

 

Ötən bazar günü İran yerli idarə olunan uzun mənzilli raketləri sınaqdan keçirdiyini açıqlamışdı. 

 

 

İranın Ali İnqilab Şurası oktyabrın 14-də Tehranla aparıcı dünya ölkələri arasında imzalanmış nüvə sazişininin həyata keçirilməsini təsdiqləyib. Bundan bir gün öncə sazişi ölkə parlamenti də təsdiqləmişdi. Amma qanuna görə, dünya ölkələri İrana qarşı sanksiyaların aradan qaldırılması ilə bağlı vədi yerinə yetirməsə Tehran sazişdən imtina edə bilər. İranla 6 aparıcı dünya ölkələri arasında nüvə sazişi bu ilin iyulunda imzalanıb. İranla danışıqlarda ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya iştirak edib. Sənəddə Tehranın nüvə fəaliyyətini dondurması və əvəzində ona qarşı beynəlxalq sanksiyaların yüngülləşdirilməsi və ya aradan qaldırılması nəzərdə tutulur.

 

Nüvə müzakirələrini aparan altılıq ölkələrinin nümayəndələri

 

İran ilə “altılıq” ölkələri (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) arasında cari il iyulun 14-də İranın nüvə proqramının dayandırılması haqqında saziş imzalanıb. Sazişə əsasən nüvə proqramının dayandırılması müqabilində İrana qarşı tətbiq edilən bütün iqtisadi sanksiyalar aradan qaldırılacaq. Siyasi və hərbi məsələlərə dair qərar qəbul etmək səlahiyyətlərinə malik olan İranın Milli Təhlükəsizlik üzrə Ali Şurası da sazişin reallaşmasına etiraz etməyib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar