İrandan Moskvaya uranın tədarükü təklifi
30.05.2015 750 0
İranın Nüvə Energetikası Agentliyinin nümayəndələri Rusiyanın “Rosatom” dövlət korporasiyasının nümayəndələrini uranın tədarükü ilə bağlı müzakirələr aparmağa çağırıb.
Xəbərə görə, bu barədə “RİA Novosti”yə İran nümayəndəliyinin üzvü bildirilib.
Onun sözlərinə görə, İran tərəfi Rusiyanı əməkdaşlığa Vyanada əvvəlki danışıqlar raundu zamanı dəvət edib.
“İranın Nüvə Energetikası Agentliyinin nümayəndələri bizim rusiyalı həmkarlarımız ilə Vyanada əvvəlki danışıqlar raundu zamanı görüşüblər. Onlar Rusiya Nüvə Agentliyindəki həmkarlarımızı gələcək əməkdaşlıq məsələlərini müzakirə etmək üçün İrana dəvət ediblər. Qoy gəlsinlər, niyə də yox”, deyə o bildirib. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər