İrandan Bəşər Əsədə yeni dəstək
02.06.2015 683 0.0 0

İran prezidenti Həsən Ruhani ölkəsinin Suriya prezidenti Bəşər Əsədi sonadək müdafiə edəcəyini açıqlayıb.

Məlumata görə, o, bunu Suriya parlamentinin sədri Məhəmməd əl Ləhamın Tehrana səfəri zamanı onunla keçirdiyi görüşdə bildirib.

İran prezidenti deyib ki, bir sıra region ölkələri səhvə yol veriblər: "Hesab edirəm ki, onlar terrorçu qruplardan məqsədlərinə çatmaq üçün istifadə edirlər. Amma gec-tez terrorizm onların özünü vuracaq."

Xatırladaq ki, İraq Şam İslam Dövləti (İŞİD) və müxalif silahlı qruplar Suriya rejiminə qarşı mübarizə aparır. İran Suriya münaqişəsində yaxın və qədim müttəfiqi Bəşər Əsədin tərəfini saxlayır. İŞİD ötən ay Suriyanın qədim Palmira şəhərini ələ keçirib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar