İRANDAN ABŞ-A ATOM XƏBƏRDARLIĞI.
07.09.2014 1635 0.0 0

 

İranlı iki millət vəkili ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları artıracağı vəziyyətində hökumətə uran zənginləşdirmə nisbətini yüzdə 60-a çıxarma səlahiyyəti verəcəklərini söylədilər. 


İran Məclisi Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Məhəmməd Həsən Asferi, ABŞ-ın İrana qarşı tətbiq edəcəyi sanksiya qərarlarını tənqid edərək, "Bu vəziyyətin davam etməsi halında Məclis, uran zənginləşdirmə nisbətinin yüzdə 60 səviyyəsinə çıxarılmasını təsdiqləyərək hökumətə bu mövzuda səlahiyyət verəcək" deyib. 


Qazeta.info Haberturke isitinadən bildirir ki,ABŞ-ın yeni sanksiya qərarları alaraq etibarlı olmadığını sübut olduğunu ifadə edən Asferi, Vaşinqton rəhbərliyinin bu rəftarının Tehranın Qərb ölkələrlə apardığı nüvə müzakirələri mənfi təsir edəcəyini söyləyib. 


ABŞ-ın yeni sanksiya qərarına bənzər bir reaksiya da Məclis Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü İbrahim Ağa Məhəmmədidən gəlib. Məhəmmədi, "ABŞ-ın İrana qarşı düşməncə rəftarlarını davam etdirəcəyi halda yüzə 60 uran zənginləşdirmə mövzusunu Məclis gündəminə daşıyarıq" deyə vurğulayıb. 


Vaşinqton rəhbərliyi, bu yaxınlarda İrana qarşı sanksiyaları pozmaqda günahlandırdığı 25-dən çox şirkət və adam haqqında yeni sanksiya qərarı almıştı.Xatırladaq ki,Tehran rəhbərliyi hazırda uranı yüzdə 20ə qədər zənginləşdirir. 


İran və BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya 'P5 + 1  arasında 24 noyabr 2013 Cenevrədə əldə edilən razılaşmaya görə Tehran əlindəki yüzdə 20 zənginləşdirmiş uranı buraxmağı durdumalı  və zənginləşdirmə əməliyyatını yüzdə 5 nisbətiylə məhdudlaşdırmağı öhdələrinə götürmüşdü. Qarşılığında Qərb ölkələri İrana yeni iqtisadi sanksiya almama sözü vermişdi.


Teqlər:İRANDAN ABŞ-A ATOM XƏBƏRDARLIĞI.

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar