İranda zəlzələ qurbanlarının sayı 521 nəfərə çatıb
04.12.2017 739 0.0 0

Noyabrın ortalarında İranın qərbində baş vermiş dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 521 nəfərə çatıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə məhkəmə tibb təşkilatına istinadən IRNA məlumat yayıb.

Bundan əvvəl ölənlərin 505, zərər çəkənlərin isə 12 min nəfər olduğu məlum idi.

Həyatını itirənlərin əksəriyyəti — 460 nəfəri — İraqla sərhəddə yerləşən Sere-Pole-Zohab şəhərinin sakinləri olub.

Noyabrın ortalarında İranın Kirmanşah əyalətində 7,2 bal gücündə güclü zəlzələ baş verib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar