İranda Xocalı soyqrımının 25-ci ildönümü qeyd edilib
23.02.2017 780 0.0 0

 Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) İran İslam Respublikasındakı nümayəndəliyi Xocalı soyqrımının 25-ci ildönümünə həsr olunan tədbir keçirib. 
Məlumata görə, bu barədə QMİ-nin mətbuat xidməti məlumat yayıb. 
Məlumatda bildirilib ki, tədbir "Qurani-Kərim"in tilavəti ilə başlayıb. Sonra Xocalı soyqırımı haqqında videomaterial nümayiş etdirilib. 
Tədbirdə çıxış edən QMİ-nin İrandakı nümayəndəsi hacı Şamil Rəsulov tədbir iştirakçılarını Şeyxülislam Allahşükür Paşazadənin adından salamlayaraq, onlara erməni quldurlarının Xocalıda törətdikləri vəhşiliklərlə bağlı tarixi faktlardan danışıb, bu cinayətin bütövlükdə soyqırım aktı olduğunu bildirib.
O, anım tədbirində fevralın 21-də QMİ-nin təşəbbüsü ilə Azərbaycanda yaşayan dini icma rəhbərləri tərəfindən dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə ünvanlanmış müraciətin mətnini tədbir iştirakçılarına oxuyub.
Mərasimində çıxış edən iranlı iştirakçılar Xocalı şəhidlərinin əziz xatirəsini yad edib, Azərbaycan xalqına başsağlığı veriblər. 
Sonda soyqrım qurbanlarının ruhuna dualar oxunub və ehsan verilib.
Qeyd edək ki, tədbirdə İran, Türkiyə, Hindistan, Pakistan və Əfqanistanda təhsil alan azərbaycanlı tələbələr də iştirak ediblər./Report/

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar