İranda neft emalı zavodunda güclü yanğın baş verib
14.09.2016 620 0
İranın cənubunda yerləşən Assaluye sənaye regionunda "Mobin Petrochemical" şirkətinə məxsus neft emalı zavodunda baş verən güclü yanğında dörd nəfər xəsarət alıb.
"Reuters" agentliyinə istinadən xəbər verilir ki, yanğınsöndürmə xidmətinin əməkdaşlarının səyi nəticəsində yanğın lokallaşdırılıb.
Buşehr əyalətinin Antiböhran idarəsinin nümayəndəsi Kasem Kaedinin bildirdiyinə görə, zavodun yaxınlığında yerləşən "Cənubi Fars" qaz yatağındakı işlərə heç bir təhlükə yoxdur./report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər