İranda matəm elan olunub
01.02.2022 312 0
İranda tanınmış din xadimi, fəqih, ayətullah-üzma Lütfüllah Səfi Gülpayaqaninin vəfatı ilə əlaqədar fevralın 2-də ölkə üzrə matəm elan edilib.
“Mehr” agentliyinə istinadən xəbər verilir ki, bu barədə İranın Nazirlər Kabineti qərar qəbul edib.
Bildirilib ki, matəmlə əlaqədar din xadiminin yaşadığı və fəaliyyət göstərdiyi Qum şəhərində rəsmi bayramlar qadağan olunub.
Qeyd olunub ki, sabah Qum şəhərində mərhumla vida mərasimi keçiriləcək, oradan isə onun cənazəsi dəfn edilməsi üçün İraqın Kərbəla şəhərinə aparılacaq.
Xatırladaq ki, İranın tanınmış din xadimi, Mərceyi-Məclisin 12 üzvündən biri ayətullah-üzma Lütfüllah Səfi Gülpayaqani fevralın 1-də vəfat edib./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər