İRANDA HƏBSLƏR BAŞLAYIB
09.12.2014 1031 0.0 0

İranda korrupsiyaya qarşı əməliyyatlara start verilib.

Məlumata görə, eks prezident Mahmud Əhmədinejad dövründə vəzifədən sui-istifadə edilməsi iddiası ilə aralarında əvvəlki hökumətdən olan 20 nəfərin nəzarətə götürüldüyü bildirilir.

İranın rəsmi IRNA agentliyinin xəbərində bildirilir ki, Kəşfiyyat naziri Mahmud Şiə, Əhmədinejad dövründə baş verdiyi təsbit edilən korrupsiya ilə əlaqədar olaraq aralarında əvvəlki hökumətdən nüfuzlu şəxslərin də olduğu 20 nəfərin saxlanıldığını, 30 nəfərin isə ifadə vermək üçün məhkəmə orqanlarına dəvət edildiyini bildirib. Şiə nəzarətə alınan 20 nəfərdən 3-nün həbs olunduğunu bildirib.

Həbs olunanların şəxsiyyəti haqqında məlumat verməyən Şiə, hələ davam edən istintaqla bağlı detalların daha sonra ictimaiyyətə bildiriləcəyini qeyd edib.

İran mətbuatının iddiasına görə isə adı əvvələr Türkiyədə olan həmyerlisi Rza Zərrabın dostu kimi çəkilən iş adamı Babək Zəncani istintaqın mərkəzində yer alır. Onun Əhmədinejad dövrünün prezident köməkçisi Məhəmməd Rza Rəhimiylə də əlaqələrinin olduğu deyilir.

Qeyd edək ki, daha əvvəl Zəncani satılan neftdən əldə edilən gəliri İran Mərkəzi Bankına əskik yatırmaqda günahlandırılaraq həbs edilmişdi. 

İran Neft Naziri Biçən Namdar Zənganə, Zencaninin ölkəni 2,5 milyard dollardan çox zərərə saldığını bildirərək bundan başqa daha 2,5 milyard avro və1,5 milyard dollarlıq qanunsuz əməliyyatların keçirildiyini bildirmişdi.

Xatırladaq ki, İran prezidenti Həsən Ruhani korrupsiya ilə mübarizəyə həsr olunmuş konfransda Dövlət televiziyası ilə canlı yayımlanan son çıxışı zamanı dövlət məmurlarını rüşvətlələ daha güclü mübarizəyə çağırmışdı. 

"Unutmayın ki, korrupsiyanın davam etməsi, dərinləşməsi və genişlənməsi ölkədəki sistemi və İslam İnqilabının təhlükə altına düşməsi deməkdir. Əvvəllər pul masanın altından verilirdi, indi isə masanın üstündən verilir. Biz bütün qüvvəmizi korrupsiya ilə mübarizəyə yönəltməliyik", - deyə Həsən Ruhani bəzi işbazların qanunsuz əməliyyatlarına sərt reaksiya verib.//ANS PRESS


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar