İranda etirazlar zamanı atışma olub, ölən və yaralananlar var
01.01.2018 841 0
İranda etiraz aksiyaları zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları ilə atışma zamanı 1 nəfər öldürülüb.
Bildirək ki, bu barədə RİA "Novosti" agentliyi dövlət telekanalına istinadən məlumat yayıb.
Məlumata görə, hadisə Nəcəfabad şəhərində baş verib. "İğtişaşların iştirakçılarından biri ov tüfəngindən polis əməkdaşları istiqamətində atəş açıb. Nəticədə 1 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb", - deyə xəbərdə bildirilir.
Daha əvvəl məlum olub ki, aksiyaların gedişində 12 nəfər ölüb./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər