İranda baş vermiş partlayışda yaralananların sayı 35-ə çatıb
03.06.2017 863 0.0 0

 İranın Şiraz şəhərində baş vermiş partlayışda yaralananların sayı 35-ə çatıb.

"Report" xəbər verir ki, bu barədə "DPA" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, onlardan 16-ı yanıq xəsarətləri alıb.

***05:22

İranın Şiraz şəhərində baş vermiş partlayışda yaralananların sayı 32-ə çatıb.

"Report"un məlumatına görə, bu barədə Fars vilayətinin təcili yardım xidmətinin rəhbəri Məhəmməd-Rza Əli Maneş dövlət televiziyasına bildirib.

"Yaralıların sayı 32-ə çatıb. Onlardan 15-i xəstəxanaya yerləşdirilib. Yaralıların hamısının vəziyyəti sabitdir. Ticarət mərkəzindəki partlayışın səbəbi hələ məlum deyil" – deyə o bildirib. 

 

***02:38

İranda baş vermiş partlayışın səbəbləri məlum olub. 

"Report" xəbər verir ki, bu barədə "IRNAagentliyi məlumat yayıb.

Agentliyin xəbərində bildirilir ki, partlayıcı qurğu Şiraz şəhərindəki yerli ticarət mərkəzində işə salınıb. Nəticədə 10-dan çox adam xəsarət alıb.

Hələlik hadisəyə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib. 

 

***02:35

İranda güclü partlayış olub.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, hadisə Şiraz şəhərində baş verib. Yerli mətbuata istinadən yayılan xəbərdə bildirilir ki, şahidlər azı 15 yaralını görüblər.

Partlayışın ticarət mərkəzində, yerli vaxtla saat 01:00-da baş verdiyi bildirilir. Partlayışın gücündən qonşuluqdakı mağazaların şüşələri sınıb.

Hadisənin səbəbləri hələlik məlum deyil. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar