İranda ardıcıl üçüncü gündür etiraz aksiyaları keçirilir
31.12.2017 865 0
İranda artıq üçüncü gündür etiraz aksiyaları davam edir.
"Reuters"ə istinadən xəbər verilir ki, aksiyalar əvvəlcə qiymət artımına qarşı başlasa da, tezliklə dövlət hakimiyyətinə qarşı tammiqyaslı mitinqlərə çevrilib.
Birinci nümayiş dekabrın 28-də Məşhəd şəhərində keçirilib. Ardınca aksiya Tehran, İsfahan, Yəzd və ölkənin digər iri şəhərlərini əhatə edib. Ardıcıl çıxışlar polis ilə toqquşmalara gətirib çıxarıb ki, nəticədə onlarla insan saxlanılıb.
KİV-in məlumatına görə, iki nümayişçi güllələnib./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər