İranda 6 bal gücündə zəlzələ olub
11.12.2017 840 0.0 0

İranın qərbində 6 bal gücündə zəlzələ olub.

 

Türkiyənin NTV telekanalına istinadən verilən məlumata görə, zəlzələnin episentri bölgənin Ezgele qəsəbəsində yerləşir.

 

Sözügedən qəsəbə noyabrın 12-də baş verən yeraltı təkanlar zamanı ən çox ziyan çəkən yaşayış məntəqələrindən biridir.

 

Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur. 

 

Xatırladaq ki, noyabrın ortalarında İranın İraqla həmsərhəd Kermanşah əyalətində 7,2 bal gücündə zəlzələ olub. Nəticədə 505 nəfər ölüb, 12 mindən çox insan xəsarət alıb./apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar