İranda 12 terrorçu öldürülüb
16.06.2016 678 0.0 0

İranın Qərbi Azərbaycan əyalətinin Üşnəviyyə bölgəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bölmələri ilə PJAK terrorçuları arasında atışma baş verib.

 
Məlumata görə, döyüşdə 12 terrorçu məhv edilib, SEPAH-ın 3 hərbçisi həlak olub. 
 
SEPAH-ın açıqlamasında deyilir ki, terrorçu qruplaşma üzvləri ölkə daxilində təxribat törətmək məqsədilə Üşnəviyyə bölgəsindən sərhədi keçmək istəyərkən zərərsizləşdirilib. Öldürülən terrorçuların PKK terror təşkilatının İran qolu olan PJAK-ın üzvləri olduğu bildirilir. 
 
PJAK uzun illərdir ki, İranın şimal-qərb sərhədlərində zaman-zaman terror aktları törədir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar