İran yeni daşıyıcı raket sınaqdan keçirib
30.12.2021 353 0
İran yeni nəsil “Simurq” adlı daşıyıcı raket uğurla sınaqdan keçirdiyini açıqlayıb.
“Tasnim”ə istinadən xəbər verilir ki, bunu ölkənin Müdafiə Nazirliyinin kosmik qrupunun rəsmi nümayəndəsi Əhməd Hüseyni bildirib.
Onun sözlərinə görə, İran kosmosa sınaq avadanlığı ilə 3 aparat göndərib: “Aparat 470 km hündürlükdə və 7350 m/san sürətlə buraxılıb”.
Məlumata görə, İranın “Omid” adlı birinci araşdırma peyki 2009-cu ildə kosmosa buraxılıb və 3 ay fəzada qalıb. Ondan sonra “Tolu”, “Mesbah-2” və “Navid” adlı peyklər kosmosa göndərilib./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər