İran Yəmənə kömək əlini uzatdı
28.03.2015 840 0.0 0

İran Yəməndə hava hücumlarında yaralananları ölkəsində müalicə edə biləcəyini açıqlayıb.

Məlumata görə, Tehran rəhbərliyi ayrıca Yəmən hökumətinin istəyəcəyi halda bu ölkəyə tibbi yardım və həkim göndərməyə də hazır olduğunu bildirib. 

İran Səhiyyə Nazirliyi Yəmənə qarşı Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiyanın endirdiyi hava zərbələrinə görə, yığıncaq təşkil etdiyini bildirilir. Səhiyyə naziri, Qızıl Aypara təşkilatının və hərbi səlahiyyətlilərin qatıldığı yığıncağın ardından verilən şərhdə "inqilab hökuməti" olaraq adlandırılan Yəmən hökumətinin kömək istəyəcəyi halda bu ölkəyə yardım göndəriləcəyi qeyd edilib. 

Tehran həmçinin hava zərbələri zamanı yaralanan yəmənlilərin ölkəsindəki xəstəxanalarda müalicə etməyə hazır olduğunu ifadə edib. 

Qeyd edək ki, Tehran rəhbərliyi Yəməndə məscidə edilən hücum zamanı yaralanan 52 nəfəri müalicə etmək məqsədiylə İrana gətirib. Hazırda yaralılar Tehranda müalicə edilir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar