İran XİN Türkiyədə keçirilən referenduma münasibət bildirib
17.04.2017 828 0.0 0

“Bu, Türkiyənin daxili məsələsidir. Xalq nəyə səs verərsə, biz ona hörmətlə yanaşacağıq. Ümid edirik ki, bu referendum Türkiyə daxilində birliyə, sabitliyə və sülhə xidmət edəcək”.
 
Məlumata görə, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi Türkiyədə keçirilən referenduma münasibət bildirərkən deyib.
 
İran və Rusiyanın Suriya məsələsi ilə bağlı əməkdaşlığı haqqında sualı cavablandıran B. Qasimi bu əməkdaşlığın uzun müddətdir davamlı və nizamlı şəkildə aparıldığını söyləyib: “Zərurət yaranarsa əməkdaşlığı artırmaq və ya azaltmaq olar”.

B. Qasimi qeyd edib ki, sabah Tehranda İran, Rusiya və Türkiyə ekspertlərinin görüşü keçiriləcək. O, üç ölkənin nümayəndələrinin növbəti toplantısının may ayının 3-də Astanada keçiriləcəyini söyləyib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar