Moskva və Tehranın Yaxın Şərq regionunun bir çox problemləri ilə bağlı mövqeyi yaxındır.
Məlumata görə, bunu "Rossiya Seqodnya" agentliyində keçirdiyi mətbuat konfransında İranın xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahyan bildirib.
O, Rusiya prezidentinin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanovla apardığı danışıqların çox səmərəli keçdiyini söyləyib: "Biz Yaxın Şərq regionunun bir neçə böhranına dərindən diqqət yetirdik. Dünən keçirilən danışıqlarda müzakirə etdiyimiz əsas məsələ Suriya böhranının siyasi nizamlanması ilə bağlı Vyana və Nyu-Yorkda əldə olunmuş razılığın həyata keçirilməsinə yardım etmək olub".
İran XİN başçısının müavini rusiyalı həmkarı ilə Yəmən, Livan və Fələstindəki vəziyyəti müzakirə etdiyini də qeyd edib: "Yaxşın Şərq regionunun bir çox məsələlərində Tehran və Moskvanın mövqeyi çox yaxındır. O, ki qaldı Suriya böhranına, bu barədə mövqeyimiz eynidir"./apa/