İran XİN rəhbəri: ABŞ-ın sanksiyaları qeyri-legitimdir
04.02.2017 914 0.0 0

İranın xarici işlər naziri Cavad Zərif ABŞ-ın yeni sanksiyalarını qeyri-legitim adlandırıb.

"RİA Novosti"yə istinadən verilən məlumata görə, nazir sanksiyalara cavab olaraq Amerika vətəndaşlarına qarşı cavab tədbirlərinin hazırlanması barədə məlumat verib.

"Yeni sanksiyalar ABŞ-ın öhdəlikləri və İranla "altılıq" arasında əldə olunmuş sazişə dair BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə ziddir", - Zərif deyib./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar