İran xarici işlər naziri xəstələnib
18.03.2018 838 0.0 0

İran xarici işlər naziri Cavad Zərifin xəstələnməsi ilə əlaqədar şənbə və bazar günləri planlaşdırılan görüşləri ləğv olunub.

 

Məlumata görə, bu barədə İRNA agentliyi İran Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Bəhram Kasemiyə istinadən məlumat yayıb.

 

Bir neçə saat xəstəxanada saxlanılan C. Zərif həkimlərin məsləhəti ilə hazırda istirahət edir. Buna görə də C. Zərifin şənbə və bazar günləri planlaşdırılmış görüşləri ləğv edilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar