İRAN VƏ VENESUELA PREZİDENTLƏRİ GÖRÜŞDÜ
11.01.2015 721 0.0 0

İran və Venesuela neftin qiymətinin düşməsinə qarşı birgə əməkdaşlıq haqqında müqavilə imzalayıb.
 

Məlumata görə, müqavilə Venesuela prezidenti Nikolas Maduronun İrana bir günlük səfəri zamanı imzalanıb. 

Görüş zamanı İran prezidenti Həsən Ruhani bildirib ki, neftin qiymətinin düşməsinin əsl səbəbi siyasətdir, iqtisadiyyat deyil. "İran və Venesuelanın ümumi düşmənləri neftdən siyasi silah kimi istifadə edirlər. Neftin qiymətinin düşməsində də onların özünəməxsus rolları var", - deyə Ruhani əlavə edib.

Nikolas Maduro isə qeyd edib ki, İran və Venesuela OPEK ölkələri, Rusiya da daxil olmaqla bütün neft ixracatçısı olan ölkələr üçün neftin qiymətinə nəzarət edilməsində ümumi razılıq əldə etməlidirlər.//
ANS PRESS


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar